Dünya 14:48 17.05.2023

Rusiya kütləvi hava hücumları ilə Ukraynanın əks-hücumunu təxirə salmağa çalışır - CNN

Rusiya Kiyevi əks-hücumunu təxirə salmağa məcbur etmək üçün Ukraynaya daha böyük hava hücumlarına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan ABŞ rəsmisinə istinadən yazır.

Nəşrin həmsöhbəti bildirib ki, Rusiya Ukraynanın hava hücumundan müdafiəsini çaşdırmağa çalışaraq, həmişəkindən daha çox sursat xərcləyir.

ABŞ rəsmisinin sözlərinə görə, Rusiya Federasiyası eyni vaxtda bir neçə istiqamətdən genişmiqyaslı hava hücumlarına başlayıb, Kiyevdəki nəzarət mərkəzlərini və digər əsas obyektləri hədəfə alıb.

Qeyd olunur ki, Ukrayna Qərb tərəfdaşlarının təqdim etdiyi bi neçə qatlı hava hücumundan müdafiə vasitələrinin köməyi ilə raket və pilotsuz uçuş aparatlarının böyük faizini məhv edərək hücumlara tab gətirə bilib.

CNN mənbəsinin bildirdiyinə görə, Rusiyanın kütləvi hücumları hətta Ukraynanın xeyrinə ola bilər, çünki Rusiya Federasiyası dəqiqliklə idarə olunan məhdud raket ehtiyatından daha çox istifadə edir.

Nizami Bağırov