Xəbər lenti

Rusiya orudusunu 170 min nəfər artırır: Səbəb nədir?
Dünya 15:58 02.12.2023

Rusiya orudusunu 170 min nəfər artırır: Səbəb nədir?

"Şəxsi heyətin daha 170 min nəfər artırılması Rusiyanın işlərinin uğurlu getmədiyinin göstəricisidir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya ordusunun şəxsi heyətinin sayının daha 170 min nəfər artırılaraq, 1 milyon 320 min nəfərə çatdırılması barədə qərara münasibətində deyib.

Ekspert bildirib ki, artırılan şəxsi heyət Rusiyanın Finlandiya və İsveçlə sərhədini gücləndirməyə hesablanmış addımdır:
 


"Həmin hyətin müəyyən hissəsi Ukrayna cəbhəsinə də göndəriləcək. Bu qüvvələr əsasən Finladiya və İsveçlə olan min kilometrlik sərhədə yerləşdiriləcək. Moskva Ukraynanı NATO-ya daxil olmaqdan çəkindirdiyi bir zamanda, əlavə iki baş ağrısı qazandı. İndi NATO sərhədləri Sankt-Peterburqa çatıb. Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlərlə duruş gətirməsi uzun müddət davam etməyəcək".

Həmsöhbətimiz bildirib ki, artıq Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrin özlərinə qarşı ciddi addımlar atılır:

"Gələn il Rusiyanın ümumdaxili məhsulun 60 faizindən çoxu hərbi məqsədlər üçün nəzərdə tutulub. Ordunun şəxsi heyətini artırsa da, Moskva bundan sonra məqsədinə çata bilməyəcək. Əksinə, orduya ayrılan xərclərin artması gələcəkdə ölkə daxilində ciddi narazılıqların baş qaldırmasına rəvac verə bilər".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ordunun sayını daha 170 min nəfər artırmaq barədə fərman imzalayıb. Fərmana əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 1 milyon 320 min nəfərə çatdırılacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->