Xəbər lenti

Dünya 15:01 15.06.2022

Rusiya sərnişin təyyarələri uça bilmək üçün bir-birini “yeyəcək…” - Reuters

Ehtiyat hissələri və lazımi texniki xidmət göstərilmədən Rusiyada uçuşlarını davam etdirən Qərb istehsalı olan təyyarələrin təhlükəsizliyi narahatlıq doğurur.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının yüksək aviasiya təhlükəsizliyi tənzimləyicisi deyib.

Avropa Birliyi və ABŞ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onun təyyarə ehtiyat hissələrinə çıxışını məhdudlaşdırmaq üçün hərəkətə keçib. 

"Bu, çox təhlükəlidir",- Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) icraçı direktoru Patrik Kay jurnalistlərə deyib. O əlavə edib ki, tənzimləyicilər Rusiyada uçan və ya son aylarda təhlükəsizlik problemləri ilə üzləşən bir çox təyyarə haqqında ətraflı məlumatlara malik deyil.

Kay deyir ki, tənzimləyici orqanlar Rusiyadan gələn istisna tələbləri "hər bir halda ayrı-ayrılıqda nəzərdən keçirməlidirlər, əsaslandırma nədir, nə üçün bu tip təyyarələrdən istifadə edirlər".

Kay bildirir ki, humnitar səbəblərə görə əgər ehtiyac olarsa, konkret işlərə baxılmasının tərəfdarıdır, lakin sonra bu, normaya çevrilməməlidir.

O, zaman keçdikcə risklərin artdığını deyir. Onun sözlərinə görə, Rusiyanın digər təyyarələrin uçuşunu davam etdirməsi üçün bəzi təyyarələri ehtiyat hissələri kimi parçalamağa məcbur olacağı barədə məlumatlar var.

Martın əvvəlində Boeing və Airbus Rusiya daşıyıcılarına ehtiyat hissələrinin tədarükünü dayandırdıqlarını bildiriblər.

Aprel ayında Federal Aviasiya Administrasiyası (FAA) Rusiya üçün hava təhlükəsizliyi reytinqini aşağı salaraq, ölkənin Hava Nəqliyyatı üzrə Federal Agentliyinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təhlükəsizlik standartlarına uyğun olmadığını bildirib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->