ABŞ Dövlət Departamenti Konqresə Vaşinqtonun Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin mümkün mənfi nəticələri ilə bağlı ciddi narahatlığı barədə məlumat verib.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico” məlumat
yayıb.
Rəsmilər bildiriblər ki, Rusiyanın terrorizmin sponsoru kimi tanınması sanksiyalara səbəb ola bilər və taxılın Ukrayna limanlarından çıxarılmasına dair razılaşmaları təhlükə altına qoya bilər. Mənbələr qeyd edir ki, bu müqavilənin hazırlanmasına aylar sərf edilib. İndi gəmilər yavaş-yavaş Qara dənizi tərk etməyə başlayır, lakin ABŞ-ın onu terrorun sponsoru kimi tanıdığı təqdirdə Rusiyanın öhdəliklərini yerinə yetirəcəyinə zəmanət yoxdur.
Nəşrin əlaqə saxladığı digər mənbələr isə administrasiyanın dəstəyi olmadan qanun layihəsinin ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində səsverməyə çıxarılmayacağından ehtiyat edirlər. Mətndə deyilir ki, Konqres sentyabrda sessiyaya qayıdanda təşəbbüsün diqqəti cəlb etməsi mümkündür.
İyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, əgər o, Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına salmasa, bunu Konqres edəcək. Senat hələ qərar qəbul etməyib və rəsmilər Nümayəndələr Palatasının təşəbbüsünə dair açıq şəkildə fikir bildirbəyiblər.
Nizami Bağırov
Şərhlər