Dünya 15:50 14.05.2023

Rusiya-Ukrayna danışıqları necə başlayacaq? - Olaf Şolts açıqladı

Hazırda Ukraynada hərbi əməliyyatların dayandırılması və Rusiya Federasiyası ilə danışıqlara başlanması mümkün deyil, çünki bu, müharibənin dondurulması Rusiyanın "diqtəsi” olardı. 

Poliqon xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

"Ukrayna sülhə hazırdır, lakin Ukrayna kifayət qədər başa düşülən və əsaslı şəkildə bunun müharibənin dondurulması demək olmasını istəmir", deyə kansler bildirib.

Solts qeyd edib ki, Rusiya Ukraynaya "imperialist, təcavüzkar” hücum həyata keçirib, ona görə də hazırda bütün Avropanın sülhü və təhlükəsizliyi təhdid altındadır. Kansler əmin olduğunu bildirib ki, sülhdən danışmaq lazımdır, lakin Zelenskinin təklif etdiyi sülh planı kontekstində.

"Rusiya qoşunlarını çıxarmalıdır, çünki onsuz ümumiyyətlə danışılası bir şey yoxdur. Mən də digər liderlərlə ünsiyyət qurarkən bu mesajı dünyanın onlara çatdırmağa çalışıram", deyən Şolts Almaniyanın Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyini də əlavə edib. 

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Almaniyada rəsmi səfərdədir. 

Aydın