Dünya 10:45 21.02.2023

Rusiya USQ Krıma girsə belə, nüvə silahından istifadə etməyəcək - Mark Rütte

Niderlandın Baş naziri Mark Rütte əmindir ki, Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımı azad edəndə belə, təcavüzkar ölkə nüvə silahından istifadə etməyəcək.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Yevropeyska pravda”ya müsahibəsində bildirib.

"Düşünürəm, Rusiya başa düşür ki, nüvə silahından istifadə etsə, ABŞ cavab zərbəsi endirəcək və bu cavab daha güclü olacaq. ABŞ Rusiyadan o qədər güclüdür ki, o, sadəcə olaraq bu riskin altına girə bilməz”, - deyə Rütte əminliyini ifadə edib. 

Rütte bir daha vurğulayıb ki, Ukrayna qalib gəlməlidir və Niderland bu işdə Kiyevə əhəmiyyətli hərbi dəstək verməklə yardım etmək istəyir. O əlavə edib ki, Kiyevin hərəkətlərini dəstəkləyir və müharibədə taktika seçimi və Ukrayna yarımadasının azad edilməsi məsələsi Ukraynanın qərarlarından asılı olmalıdır.

"Ancaq Krımla nə etmək və ya etməmək barədə qərar vermək mənim səlahiyyətimdə deyil. Bu, Ukrayna hökumətinə ünvanlanan sualıdır. Məsələn, Niderlandda belə bir şey baş versə və başqası Frislandiyanın geri qaytarmağım lazım olub-olmadığını desə, çox qəzəblənərdim", - Niderlandın Baş naziri bildirib. 

Nizami Bağırov