Xəbər lenti

Rusiya Yaxın Şərqdəki münaqişədən öz təsirini artırmaq üçün istifadə edir - İSW
Dünya 12:04 03.10.2024

Rusiya Yaxın Şərqdəki münaqişədən öz təsirini artırmaq üçün istifadə edir - İSW

Kreml Rusiyanın dominant olduğu beynəlxalq strukturları qabağa çəkmək üçün Yaxın Şərqdəki münaqişədən istifadə etməyə çalışır. Söhbət digər şeylərlə yanaşı, Kremlin alternativ "Avrasiya təhlükəsizlik arxitekturası” yaratmaq səylərindən gedir.

Qaynarinfo bu barədə Müharibə Tədqiqat İnstitutuna (İSW) istinadən xəbər verir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov oktyabrın 1-də Livanın Rusiyadakı səfiri ilə görüşdə İsrail Ordusunun Livanın cənubunda quru əməliyyatını pisləyib. O vurğulayıb ki, Rusiya İsrailin törətdiyi siyasi qətlləri qarşıdır.

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Yaxın Şərqdə münaqişəyə dərhal son qoymağa çağırıb, xarici işlər naziri Sergey Lavrov isə dəqiqləşdirilməmiş ərəb dövlətlərinin səfirləri ilə görüşüb və İsrail-Fələstin münaqişəsi zonasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

İSW bildirir ki, Kreml, çox güman Rusiyanın dominantlıq etdiyi beynəlxalq strukturları, o cümlədən Kremlin alternativ "Avrasiya təhlükəsizlik arxitekturası” yaratmaq səyləri ilə bağlı olan bəzi strukturları inkişaf etdirmək üçün Yaxın Şərqdəki münaqişədən istifadə etməyə çalışır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 2-də bildirib ki, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Rusiyanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində iştirak etmək dəvətini qəbul edib və iştirakçılar Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->