Rusiyanın hərbi təyyarə istehsal edən MİQ-in baş direktoru Sergey Korotkov Suriya 10-dan artıq hərbi təyyarə satacaqlarını bildirib.
Qaynar.info-nun məlumatına görə, Korotkov həmin təyyarələrin satışının Suriya ilə bağlanmış hərbi müqavilə çərçivəsində aparıldığını deyib.
Onun sözlərinə görə, suriyalılara 10-dan artıq MİQ-29M/M2 tipli hərbi təyyarələr satılacaq.
Korotkov "Suriyalı nümayəndə heyəti hazırda Moskvadadır. Müqavilənin detalları üzərində işləyirik" deyib.
Qeyd edək ki, MİQ-29M/M2 Rusiyanın modernləşdirilmiş son nəsil hərbi təyyarələri hesab olunur.
Qaynar.info
Şərhlər