Xəbər lenti

Əqli qüsurlu şəxs qətldə ittiham olundu, ömürlük həbs verildi - 34 il sonra bəraət aldı
Dünya 16:57 25.09.2024

Əqli qüsurlu şəxs qətldə ittiham olundu, ömürlük həbs verildi - 34 il sonra bəraət aldı

Böyük Britaniyada əqli qüsurlu şəxs ömürlük həbs cəzasına məhkum edilib və 34 ildən sonra bəraət alıb.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Oliver Kempbell 8 aylıq olarkən ağır kəllə-beyin travması alıb, yaddaşsızlq, konsentrasiya və məlumatın saxlanmasında çətinlik çəkib. Onun zehni yaşı 7 yaşındadır və IQ göstəricisi 73-dür. O, həmişə manipulyasiyaya qarşı həssas olub.

19 yaşında - 1990-cı ildə Oliver bir mağaza sahibinin qəltinə görə ömürlük həbs cəzasına məhkum edilib. Lakin Kempbell bu cinayəti törətməyib. Bütün ittiham cinayət yerinin yaxınlığında bir gəncin papağının tapılması və bir neçə saatlıq gərgin sorğu-sualdan sonra onun etirafa imza atmağa məcbur edilməsinə əsaslanıb.

Kempbellin indi 54 yaşı var və yalnız bu ayın əvvəlində apellyasiya məhkəməsi onun hökmünü etibarsız hesab edib. Oliver həyatının 11 ilini dəmir barmaqlıqlar arxasında keçirib və 2002-ci ildə azadlığa çıxıb, lakin azadlığa çıxandan sonra xaricə getməsinə qadağa qoyulub və iş tapmaqda problem yaşayıb.

"İlk gündən bilirdim ki, bunu edən mən deyiləm. Bütün bunlar 1990-cı ildə dayandırılmalı idi. Bu qədər uzağa getmək lazım deyildi. Mən bütün ədliyyə sisteminə inamımı itirmişəm. Vicdanım həmişə təmiz olub. İndi gülümsəyərək yatağa gedə bilərəm", deyə Kempbell çoxdan gözlənilən məhkəmə qərarını şərh edib.

Məhkumluğunun ləğv edilməsinə baxmayaraq, Kempbell onu həbsxanaya salan əsl günahkar tapılmayana qədər özünü heç vaxt azad hiss etməyəcəyini əlavə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->