Xəbər lenti

Ekonomiks 13:36 25.09.2024

"Bakının istəyi olsa, Azərbaycandan qaz ala bilərik" - Erməni deputat

"Bakının belə bir istəyi olarsa, Azərbaycan qazının alınması məsələsi müzakirə oluna bilər".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə "Vətəndaş Sazişi" fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan deyib.

"Ermənistan ondan qaz alsa, Azərbaycandan asılı olacaqmı" sualına cavab olaraq hakim fraksiya üzvü vurğulayıb ki, asılılıq yalnız enerji resursları bir mənbədən alındıqda yaranır. O xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qaz almaq ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini yalnız artıracaq.

Qeyd edək ki, II Ümumierməni Sammiti zamanı baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib: 

"Qazın Azərbaycandan alınıb-alınmayacağı daha çox gələcəyin məsələsidir və bu, sırf nəzəri prosesdir. Amma elə bir vəziyyət yaranarsa ki, Azərbaycanla ticarət əlaqələri qura bilsək və hər hansı resursa ehtiyacımız olsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik. Əgər Azərbaycan bu resursu verirsə, o zaman bu məsələ Ermənistanın maraqlarına uyğundursa, müzakirə oluna bilər. Bununla yanaşı, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->