Xəbər lenti

Nazir Rəşad Zalovu müdir əvəzi təyin etdi
Ekonomiks 15:34 25.09.2024

Nazir Rəşad Zalovu müdir əvəzi təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Strateji planlaşdırma və innovasiyalar şöbəsinə müdir əvəzi təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Zalov Rəşad Məhərrəm oğlu Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edəcək. 

Rəşad Zalov Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdir müavinidir. 

Qeyd edək ki, Rəşad Zalov nazirlikdə vəzifəyə təyinat alana qədər ləğv edilən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun köməkçisi vəzifəsində çalışıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->