Xəbər lenti

Respublikaçılar tələb edir: Zelenskinin ABŞ-da hərbi zavoda səfəri araşdırılsın
Dünya 15:44 25.09.2024

Respublikaçılar tələb edir: Zelenskinin ABŞ-da hərbi zavoda səfəri araşdırılsın

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar partiyasının bir qrup üzvü Ukrayna prezidenti Volodimir Zelenskinin Pensilvaniyada sursat zavoduna səfərinin araşdırılmasını tələb edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” "The Washington Examiner”ə istinadən məlumat yayıb.

"The Washington Examiner” nəşrinin məlumatına görə, konqresmenlər səfərin "siyasi motivli" ola biləcəyini ehtimal edirlər.

Respublikaçılar Volodimir Zelenskinin Demokrat Partiyasının yüksək vəzifəli rəsmilərinin müşayiət etdiyi səfərin məqsədinin Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisi dəstəkləmək olduğuna dair şübhələrini ifadə ediblər. Qanunvericilər Volodimir Zelenskinin Respublikaçı Donald Tramp və onun vitse-prezidentliyə namizədi C.D.Vensin "qlobal münaqişəyə” səbəb ola biləcəyini söyləyən sözlərini xatırladıblar.

"Bu hərəkətlər ekspertlər arasında səfərin mümkün siyasi motivləri ilə bağlı ciddi narahatlığa səbəb olub. Bu, ABŞ qanunlarına zidd ola bilər”, - konqresmenlər bildirib. Onlar bildiriblər ki, hökumət rəsmilərinə seçki namizədlərinə dəstək ifadə etməyi qadağan edən "Hetç Qanunu"nun pozulması riski var. Respublikaçı senator Erik Şmitt deyib ki, Zelenski "açıq şəkildə demokratların xeyrinə kampaniya aparır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->