Xəbər lenti

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək
Siyasət 14:50 25.09.2024

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

"Nyu-Yorkda sentyabrın 26-da ABŞ dövlət katibi Rntoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - A.Hacızadə bildirib.

O qeyd edib ki, hazırda əlavə heç bir təfərrüat barədə danışa bilməz.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->