Xəbər lenti

Dünya 13:25 25.09.2024

"Real" bir ildir uduzmur - "Barsa"nın rekorduna 4 oyun qaldı

"Real Madrid" ilboyu İspaniya La Liqasında uduzmayıb.

Qaynarinfo xəbər veruir ki, Madrid klubu sentyabrın 24-də "Alaveş"ə 3:2 hesabı ilə qalib gəlib. Qolları Lukas Vaskes, Kilian Mbappe və Rodriqo vurub.

"Real Madrid"in İspaniya çempionatında sonuncu məğlubiyyəti 24 sentyabr 2023-cü ildə qeydə alınıb. Həmin vaxt komanda "Atletiko Madrid"ə derbidə 1:3 hesabı ilə uduzub. O vaxtdan bəri "Kral Klubu" 39 oyun keçirib və məğlub olmayıb.

Hazırda yalnız "Barselona" məğlubiyyətsiz ən uzun seriyaya sahibdir. Kataloniya klubu 2017-2018-ci illərdə ardıcıl 43 matçda uduzmayıb.

Növbəti turda "Real Madrid" "Atletiko Madrid"lə qarşılaşacaq. Görüş sentyabrın 29-da baş tutacaq. 

Hazırda La Liqanın turnir cədvəlinə 18 xalla "Barselona" başçılıq edir. "Real Madrid" 17 xalla ikinci yerdədir. İlk üçlüyü 13 xalla "Atletik Bilbao" qapayır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->