
Dünən Qubada yerləşən Qırmızı Qəsəbəni Rusiyadan gələn bir qrup şəxs ziyarət edib.
Axar.az “Gorskie.ru” saytına istinadən xəbər verir ki, qəsəbəni ziyarət edənlər sırasında milyarder Qod Nisanov və biznesmen German Zaxaryayev də olub.
Sayt qonaqların qəsəbədə kifayət qədər isti qarşılandığını bildirib. Hər iki şəxsin Qırmızı Qəsəbədə öz məktəb müəllimləri ilə görüşdüyü də deyilib.
Axar.az-ın əldə etdiyi məlumata əsasən, Qod Nisanov və German Zaxaryayev Qırmızı Qəsəbəyə tək gəlməyiblər. Onları bu səfər zamanı Rusiyadan olan bir sıra senator, siyasi və ictimai xadimlər müşayiət ediblər. Həmçinin milyarderlərin qəsəbədə yerləşən sinaqoqlardan birinə də baş çəkdiyi deyilib.
Qeyd edək ki, Qod Nisanov və German Zaxaryayev Qubanın Qırmızı Qəsəbə kəndində anadan olublar. Hər iki şəxs Rusiyada kifayət qədər tanınan iş adamlarından hesab olunur. Qod Nisanova məxsus olan şirkət hazırda Moskvada daşınmaz əmlak bazarının əsas liderlərindən hesab olunur. German Zaxaryayev isə dağ yəhudilərinin Rusiyada ilk televiziyası olan STMEGİ.TV-nin əsasını qoyub.
Qaynar.info