Dünya 13:13 27.01.2023

Rusiyaya qarşı sanksiyalar bu şərtlə yumşaldıla bilər

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bəzilərinin yumşaldılmasının mümkün şərti qoşunların Ukraynanın bütün ərazilərindən çıxarılması və danışıqlara ciddi yanaşmadır.

Qaynarinfo xəbər verir ki, Nuland bu barədə cümə axşamı Senatda Rusiyanın təcavüzünə qarşı mübarizəyə dair dinləmələrdə bildirib.

"Rusiyanın ciddi danışıqlar aparmaq və qoşunlarını Ukraynadan çıxarmaq və əraziləri qaytarmaq qərarı kontekstində mən bunu (sanksiyaların yumşaldılmasını) əlbəttə ki, dəstəkləyərdim. Düşünürəm ki, ABŞ dövlət katibi Blinken də bunu dəstəkləyərdi", deyə ABŞ rəsmisi bildirib.

Nizami Bağırov