XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabah 12 kənddə qaz olmayacaq
Ölkə19:05 16.08.2026

Sabah 12 kənddə qaz olmayacaq

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Məlumata görə, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.