Xəbər lenti

Sabiq milli təhlükəsizlik nazirinin məhkəməsi başlayır
Ölkə13:52 06.06.2016

Sabiq milli təhlükəsizlik nazirinin məhkəməsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə virtualaz.org saytına vəkil Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib. Prosesə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edəcək.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Qaynarinfo.az