
Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq olunur.
Qaynarinfo-nun məlumatına görə, məktəbli forması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə şagirdlərin geyim formalarının təsvirlərinə müəyyən dəqiqləşdirmələr və dəyişikliklər edilib. Həmçinin “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə geyim tələblərinə riayət olunması qanunvericilik səviyyəsində təsbit olunub.
Yeni qaydalara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilmir. Formanın tətbiqində əsas məqsəd şagirdlər arasında sosial bərabərliyi qorumaq, ayrı-seçkiliyin qarşısını almaq və nizam-intizamı təmin etməkdir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən xüsusi tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarı ilə təhsilverənlər (müəllimlər) üçün də geyim tələbləri müəyyən edilib. Müəllimlər üçün vahid forma olmasa da, onların geyimi işgüzar, sadə, səliqəli və dünyəvilik prinsipinə uyğun olmalıdır.
Ölkə daxilində məktəblərdə bu qaydaların icrasına nəzarət etmək üçün mütəmadi monitorinqlər və valideynlərlə maarifləndirmə işləri aparılır.
Qaynarinfo dövlət ümumi təhsil müəssisələrində şagirdlərin vahid məktəbli geyimində fotolarını təqdim edir:

