Xəbər lenti

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş
Ölkə08:55 14.10.2026

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.

O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisası üzrə III kursda təhsil alırdı.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən bildirilib ki, 20 yaşlı gənc həm də 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən Antiterror əməliyyatlarında iştirak etmişdi.

"Rəşad Məmmədəliyev təhsil aldığı müddətdə müsbət insani keyfiyyətləri və nümunəvi davranışı ilə müəllim və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdı", - kollecdən onun haqqında verilən açıqlamada qeyd edilib.

Xatırladaq ki, ötən ilin oktyabrında meyit donorun ürəyi Rəşad Məmmədəliyevə transplantasiya edilmişdi.