Xəbər lenti

Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək
Ölkə18:32 02.11.2022

Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq. Aksiya Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.
"Səyyar qəbul otağı” noyabr 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.