Xəbər lenti

Sahibkarlarla növbəti görüş Xızı rayonunda keçiriləcək
Ölkə18:15 03.04.2023

Sahibkarlarla növbəti görüş Xızı rayonunda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qaynarinfo SOCAR "Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xızı rayonunda görüşü təşkil olunacaq. Aksiya Xızı şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” aprel ayının 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.