Xəbər lenti

Şahin Mustafayev hökumət adından başsağlığı verdi
Ölkə18:42 03.11.2020

Şahin Mustafayev hökumət adından başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev bu gün Əfqanıstanın ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, dövlət rəsmisi Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.