
Vəkil Nemət Kərimli Bakı İstintaq Təcridxanasında “Nida” VətəndaşHərəkatının məhbus üzvü Şahin Novruzlu ilə görüşüb.
“Media forum”saytına danışan vəkil Şahinin ovqatının normal olduğunu deyib:“Səhhətində problem yoxdur. Şahin Novruzlu “Nida” Vətəndaş Hərəkatındançıxmayıb. Həbsini qanunsuz sayır və bəraət istəyir, apellyasiyainstansiyasında mübarizəni axıra qədər davam etdirəcək”.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləviiğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı AğırCinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov,Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli,Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-daBakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyəhazırlaşırmışlar. Mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkinRüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, BəxtiyarQuliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzasıverilib. Hazırda bu işə Bakı Apellyasiya Məhkəməsində baxılır.
2014-cü il mayın 29-da Bəxtiyar Quliyev, iyulun 8-də Şahin Novruzluprezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyiblər.Bəxtiyar Quliyev həmçinin “Nida”dan çıxıb və vəkilindən imtina edib.
Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsilalıb.
Qaynar.info