"Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş qadağa müddəti başa çatıb.
Qaynarinfo xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin məlumatına görə, "Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı bitdiyi üçün qadağa dövrü də yekunlaşıb.