İdman 18:15 23.05.2022

"Səbail" klubu məşqçilər heyəti ilə müqaviləni pozdu

"Səbail" klubu baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni pozub.

Bu barədə "Report"a 41 yaşlı mütəxəssisin köməkçisi Emin Ağayev məlumat verib.

Onun sözlərinə görə, Hacıyevlə yanaşı, digər məşqçilər də istefaya göndərilib.

Qeyd edək ki, "Səbail" mayın 13-də Aftandil Hacıyevlə 1 illik yeni müqavilə imzalamışdı.