Xəbər lenti

Şəhid övladlarıyla birlikdə Yeni il şənliyi keçirildi (FOTOLAR)
Ölkə08:58 01.01.2022

Şəhid övladlarıyla birlikdə Yeni il şənliyi keçirildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin övladları ilə birlikdə qeyd edib. 
Qaynarinfo xəbər verir ki, bayram tədbirini giriş sözü ilə Birliyin sədri Sevinc Fədai açıb. O, bayramları şəhid övladları ilə birlikdə qeyd etməkdən xoşbəxt olduğunu bildirib və onlara ürək sözlərini çatdırıb. 
Daha sonra şəhid övladları üçün keçirilən bayram tədbiri başlayıb. Tədbirdə Şaxta baba uşaqları şənləndirib, onlara hədiyyələr verib. 
Uşaqlar Yeni il və vətənə aid şeirlər söyləyib, onlar üçün təşkil olunan şou proqramda və viktorinalarda iştirak edib, əyləniblər. 
Sonda isə bütün uşaqlarla birgə Yeni il üçün hazırlanmış tortu kəsiblər.
Birliyin sədri tədbirin baş tutmasında əməyi keçən və dəstək göstərən hər kəsə, eləcə də təşkilatın əməkdaşlarına, "BOS ŞELF" MMC və şirkətin Həmkarlar İttifaqına, "Mimi" uşaq mağazasının rəhbərliyinə, oftalmoloq Günel Xalıqverdiyevaya təşəkkürünü bildirib.