Xəbər lenti

Şəmkirdə kütləvi zəhərlənmə
Ölkə05:09 24.07.2017

Şəmkirdə kütləvi zəhərlənmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə Şəmkir rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb. 

Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir. 

Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.

Qaynarinfo.Az