Xəbər lenti

Şəmkirdə toy yasa döndü
Ölkə14:26 24.04.2018

Şəmkirdə toy yasa döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə ağır yol qəzası baş verib.
Qaynarinfo APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.