Xəbər lenti

Şəmkirdə yük qatarında yanğın
Ölkə 09:32 06.04.2022

Şəmkirdə yük qatarında yanğın

Şəmkir rayonunun Dəllər qəsəbəsində "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->