Dünya 17:45 08.01.2023

Seneqalda iki avtobus toqquşdu: 40 ölü, 100 yaralı - Matəm elan edildi

Seneqalda iki avtobus toqquşub, azı 38 nəfər ölüb, 87 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, hadisə paytaxt Dakardan 250 kilometr məsafədə yerləşən Kafrin şəhərində baş verib.

Yaralılar Kafrin xəstəxanasına yerləşdirilib.

Seneqal Prezidenti Maki Sall hadisə ilə əlaqədar yanvarın 9-dan ölkədə 3 günük matəm elan etdiyini bildirib.