Xəbər lenti

Sərhəddə silahlı insident: iki qardaş güllələndi- YENİLƏNİB
Ölkə14:01 03.07.2013

Sərhəddə silahlı insident: iki qardaş güllələndi- YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Gürcüstan sərhədində iki qardaşı güllələyən şəxs həbs edilib.

Balakən rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Balakən rayonu, İtitala kənd sakini, 1965-ci il təvəllüdlü Mohmayev Qasım Ramazan oğlu olduğu müəyyənləşib. İki qardaşı güllələyərək hadisə yerindən qaçan Q. Mohamayev rayonu tərk edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 16 kalibrli qoşalülə ov tüfəngi götürülüb.

Hazırda rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

17:00

Azərbaycan-Gürcüstan sərhədində silahlı insident olub.


Hadisə bu gün saat 16.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində qeydə alınıb.

Rayonun Tülü kənd sakinləri, Vüqar Əliyar oğlu Qurbanov və qardaşı Şahin Qurbanov güllə yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Qurbanovu xilas etmək mümkün olmayıb. Ş.Qurbanovun vəziyyəti isə ağır olaraq qalır.

Xəstəxanadan APA-ya bildirilib ki, hadisə sərhəddə qeydə alınıb: “Zərərçəkənlərin yaxınlarının dediyinə görə, qardaşları gürcü milliyyətindən olan bir nəfər güllələyib”.

Balakən Rayon Polis İdarəsindən faktı təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. Bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qaynar.info