
Hadisə Həzi Aslanov metrosunun yanında baş verib.
Bakının Xətai rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Mili.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir neçə dəqiqə öncə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərnişin avtobusu kranla toqquşub.
Xeyli xəsarət alanlar var. Hadisə yerinə təcili yardım maşınları gəlib. Qəzaya səbəb avtobusun sürətlə idarə edilməsi olub.
Xətai Rayon Polis İdarəsindən bildirildi ki, bu gün saat 16 radələrində 57 saylı sərnişin avtobusu kranla toqquşub. Qəzada bir neçə sərnişin xəsarət alıb. Yaralılar 3 saylı Klinik Xəstəxanaya aparılıblar.
Xəstəxanadan bildirildi ki, avtobus qəzasında yaralanan 3 nəfər bir ailənin üzvləridir. Onlar nənə, gəlin və nəvədir.
Qaynar.info


