Xəbər lenti

Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı
Ölkə08:25 03.01.2020

Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. 
Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb. 
Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.