Xəbər lenti

SON DƏQİQƏ: Sumqayıtda intihara cəhd - FOTO
Ölkə09:40 04.04.2015

SON DƏQİQƏ: Sumqayıtda intihara cəhd - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O həyatdan bezib.

Bu gün saat 12:00-13:00 radələrində Sumqayıtda intihara cəhd baş verib.

Belə ki, naməlum şəxs "Karvan" ticarət mərkəzinin yaxınlığında ticarət obyektlərindən birinin üstünə qalxıb və müxtəlif şüarlar səsləndirib. Binanın üzərində "Rüşvət - işləyən tək ali qanundur" sözləri yazılıb. Şahidlərin sözlərinə görə, bu yazıların müəllifi də elə intihar etmək istəyən şəxsin özü olub. O, həyatda hər şeydən bezdiyi və özünü öldürmək istədiyini bildirib. Hadisə yerinə toplaşan yüzə yaxın insanın çağırışlarına məhəl qoymayan şəxs özünü atacağını deyib. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.

Hadisə yerindən Ölkə.Az-ın oxucusu Elşən Yəhyəyevin bizə göndərdiyi fotoları sizə təqdim edirik:

Qaynar.info