Sağlamlıq 16:36 11.08.2022

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirusa 488 yeni yoluxma qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir.

Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 846 test aparılıb.
 
Bu gün koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1 116, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313 təşkil edir.