İdman 16:49 09.06.2023

"Sumqayıt"da ikillik müqavilə

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK Elvin Bədəlovla yeni müqavilə imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
 
2019-cu ildən komandanın şərəfini qoruyan Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.
 
Səbuhi Həsənov