
Suriyada döyüşən Azərbaycandan olan vəhhabilər dövlət tərəfindən verilmiş pasportlarını nümayişkəranə şəkildə cırıblar.
Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal dini cərəyanın nümayəndələri Azərbaycan pasportlarını kütləvi şəkildə cırmağa başlayıblar.
Həmin məlumatda vurğulanır ki, Yəhya əl-Azəri adlı şəxsin profilində yayımlanmış fotoda da Azərbaycan pasportlarının cırıldığı əks olunub. Üstəlik, onlar fotonun altından belə bir söz də yazıblar: «Allaha həmd olsun. Tağutun safını təsdiqləyən sənədləri belə cırdıq».