Xəbər lenti

Tahir Kərimlinin seçkiyə getməmisinin səbəbi:
Siyasət 12:22 22.07.2024

Tahir Kərimlinin seçkiyə getməmisinin səbəbi: "Yorulmuşam..."

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli növbədənkənar parlament seçkilərində iştirak etməməsinin səbəblərini açıqlayıb.
 
Bu barədə Qaynarinfo-ya partiyanın təşkilat məsələləri üzrə sədr müavni Fəxrəddin Ağazadə bildirib.
 
O, sabiq deputatın yorulduğunu bildirib:

"Tahir bəy seçkidə iştirak etməməsi ilə bağlı mövqeyini açıqladı. Dedi "yorulmuşam, istirahətə ehtiyacım var”. Biz də onun qərarına sayğı duyuruq. Seçkidə iştirak edən bütün namizədlərə uğurlar diləyirəm".

Bahar Rüstəmli
--> -->