"Taksi fəaliyyətində əlavə ödəniş qeyri-qanuni idi".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev taksidə əlavə ödəniş tələbinin qadağan edilməsi ilə bağlı qərarı şərh edərkən deyib.
Ekspert bu qərarın taksi fəaliyyətinə yaxşı təsir göstərməyəcəyini xatırladıb:
"Yenə də kimlərsə əlavə pul verəcək. Bu gün hamı bir-birindən dolanır. Hansısa restorana gedib yemək yeyirsən, ofisianta əlavə pul ödəyirsən. Halbuki ödəməli deyilsən. Bu dünyada qəbul olunmuş bir şeydir. Əlavə pul ofisiantın göstərdiyi xidmətə və xoş münasibətə görə ödənilir. Onun qarşısını necə almaq olar? Adam könüllü şəkildə taksidən düşəndə 4 manat əvəzinə 5 manat verir".
Xatırladaq ki, baş nazir Əli Əsədov "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik edib. Qərara əsasən, taksidə əlavə ödəniş tələbi qadağan edilib.
Bahar Rüstəmli
Şərhlər