Xəbər lenti

Tanınmış aktyor vəfat edib
Ölkə14:29 06.03.2013

Tanınmış aktyor vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən dünən 58 yaşında vəfat edib.

Kulis.Az-ın xəbərinə görə, bu barədə aktyorun yaxınları məlumat verib.

Aktyor bu gün dəfn olunub.

Fərman Şəkili «Fransız», «Həm ziyarət, həm ticarət», “İstanbul reysi”, «Sarı gəlin», Yalan», «Otel otağı», «Yarımştat» kimi film və teletamaşalarda müxtəlif obrazlar yaradıb.

Uzun müddət Şəki Dövlət Dram Teatrında çalışan F.Abdullayev müxtəlif beynəlxalq festivallarda uğur qazanıb. Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında uşaqlar üçün yaratdığı Şurum Burum obrazı olub.

Allah rəhmət eləsin!

Qaynar.info