Bakıda peşəkar idmançının ailəsində üzücü hadisə olub. Milli.Az-ın məlumatına görə, bodybulding üzrə idmançı Rövşən Fətəliyevin körpə uşağının üzərinə qaynar su tökülüb. Uşağı xilas etmək istəyən ata isə yıxılaraq ayağını sındırıb. Uşaq ciddi yanıq xəsarəti alıb.
R.Fətəliyev Milli.Az-a bildirdi, 8 aylıq qızı samovarı üzərinə aşırıb. Qaynar su uşağı başdan aşağı bütün bişirib. Hazırda 5 saylı xəstəxananın yanıq mərkəzinə yerləşdirilən körpə komadadır, vəziyyəti ağırdır.
İdmançının sözlərinə görə, qızı manejdə yeriyərək samovara tərəf gedib və orada suyu üzərinə aşırıb. R.Fətəliyev ayağının sındığını və gipsə olduğunu da vurğuladı. Qaynar.info