Xəbər lenti

Tarif Şurasıdan qaz AÇIQLAMASI
Ölkə17:14 10.01.2017

Tarif Şurasıdan qaz AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

Qaynarinfo.Az