Tarixdə
ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü
Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.
Qaynarinfo APA-ya istinad'n xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda
bildirilib.
Qadın
kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını
dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.
Qeyd
edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.
Xatırladaq
ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan
kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.
Şərhlər