Dünya 22:02 13.08.2022

Tayvan prezidenti: "Hökumət və ordu adanı müdafiə etməyə hazırdır"

Tayvanın Xarici İşlər Nazirliyi ABŞ-a Tayvan boğazında və regionda təhlükəsizliyi və sülhü qorumaq üçün "tədbirlər" gördüyünə görə təşəkkür edib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlikdən bildirib ki, Çinin "əsassız hərbi və iqtisadi hədə-qorxuları qlobal demokratik düşərgənin birliyini və müqavimətini daha da gücləndirib".

Tayvan prezidenti Tesai İnq-ven də cümə axşamı bildirib ki, Çinin güc tətbiq etmək təhlükəsi hələ də azalmayıb.

Onun sözlərinə görə, Tayvan xalqı "azadlıq və demokratiyaya həvəslidir, onu sevir, beynəlxalq səviyyədə onların çoxlu dostları var". Lakin Çin onları təhdid etməkdə və qorxutmaqda davam edir.

Tayvan prezidenti bəyan edib ki, hökumət və ordu özünü idarə edən adanı müdafiə etməyə hazırdır.

"Tayvan hökuməti deyir ki, Çin Xalq Respublikası adanı heç vaxt idarə etməyib, ona iddia etmək hüququ yoxdur və onun gələcəyini təyin etmək hüququ yalnız tayvanlılardır", Tesai İnq-ven bildirib.

M.Arif