Xəbər lenti

Teatrlar nə vaxt açılacaq?
Ölkə16:26 23.08.2021

Teatrlar nə vaxt açılacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütün teatrsevərləri narahat edən bir sual var - "Teartlar nə vaxt açılacaq”?”.
Qaynarinfo xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, bu mövzuda şöbəmizə daxil olan çoxsaylı media sorğularını nəzərə alaraq, bildiririk ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər:
"Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.