Xəbər lenti

Təhsil Nazirliyi hərəkətə keçdi
Ölkə06:40 25.07.2014

Təhsil Nazirliyi hərəkətə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Pespublikası Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncamla bağlı Təhsil Nazirliyində işçi qrup yaradılıb.

Təhsil Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, İşçi qrup Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, rayon təhsil şöbələri ləğv edilir və onların bazasında nazirliyin regional idarələri yaradılacaq

Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin edəcək.


Qaynar.info