Xəbər lenti

Tələbələrə təqaüd verilmir - SƏBƏB
Ölkə14:56 03.03.2017

Tələbələrə təqaüd verilmir - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Artıq mart ayıdır, amma tələbələrə yanvar və fevral aylarının təqaüdləri hələ də verilməyib”.
Bunu cebhe.info-ya təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, demək olar bütün universitetlərdə iki aydır tələbə təqaüdlərində geçikmələr var: 
“Əldə etdiyim məlumata görə, büdcədən vəsait ayrılmayıb. Bu, daha çox universitetlərdən hesabatların və məlumatların gec verildiyinə görə baş verir. Bundan başqa, artıq təqaüdlərin verilməsi 2015-ci ildən etibarən yeni meyarlarla həyata keçirilir. Yəni, daha əvvəllər olduğu kimi, ancaq ödənişsiz əsaslarla təhsil alan tələbələr təqaüd almır, indi istər ödənişli əsaslarla təhsil alan, istərsə də ödənişsiz əsaslarla təhsil alan tələbələr arasında ən yüksək akademik göstəricilərə malik olan tələbələr təqaüd alır. Bu məlumatlar da il ərzində hər smestr imtahanlarından sonra dəyişdiyinə görə universitetin mühasibatlığı yeni məlumatları əks etdirən hesabatları Maliyyə Nazirliyinə gec göndərir. Onlar da bu məlumatları yenidən araşdırıb hesablayır. Nəticədə təqaüdlərin verilməsi uzanır”. 
Qaynar.Az