Sağlamlıq 12:33 06.05.2022

Tərkibində çoxlu nitrat olan çiyələklərin əlaməti açıqlandı – Xəbərdarlıq

Aqronom Vladimir Vikulov mövsümündən qabaq satışa çıxarılan çiyələklərin sağlamlıq üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, giləmeyvə işıq çatışmazlığı ilə, lakin çoxlu azotlu gübrələr verilməklə yetişdirilir.

Bu da öz növbəsində nitratların yığılmasına kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, bunu ekspert Sputnik radiosuna müsahibəsində qeyd edib.

Çiyələklərdə nitratların mövcudluğunun göstəriciləri solğun rəng, meyvənin özünün böyük ölçüsü və aromasının yoxluğu ola bilər. Vikulov etiraf edib ki, çiyələkdən zəhərlənmə halları nadir hallarda baş verir, lakin təhlükəsizlik baxımından yabanı giləmeyvə almaq və onların təzəliyinə diqqət yetirmək daha yaxşıdır.

Alpər