Xəbər lenti

Teylor Svift dünyanın ən zəngin müğənnisi oldu
Maqazin 18:12 07.10.2024

Teylor Svift dünyanın ən zəngin müğənnisi oldu

34 yaşlı amerikalı müğənni Teylor Svift "Forbes” jurnalının versiyasına görə Rihannanı keçərək dünyanın ən zəngin müğənnisi olub.

Qaynarinfo nəşrə istinadən xəbər verir ki, Teylor Svift 2023-cü ilin oktyabrında "Eras” dünya turundan əldə etdiyi qazanc, eləcə də musiqi kataloqunun dəyəri sayəsində milyarder olub.

Svift yalnız musiqi fəaliyyətinə görə milyarderlər siyahısına daxil edilən ilk musiqiçidir. Onun xalis sərvətinə qonorar və qastrol səfərlərindən gələn təxminən 600 milyon dollar, həmçinin təxminən 600 milyon dollar dəyərində musiqi kataloqu daxildir. Svift həmçinin təxminən 125 milyon dollar dəyərində daşınmaz əmlaka sahibdir.

Beləliklə, ən varlı musiqiçilər reytinqində Teylor Svift sərvəti 1,4 milyard dollar olan Rihannanı qabaqlayıb. Musiqi fəaliyyəti ilə yanaşı, Rihanna "Fenty Beauty” kosmetika brendinin sahibidir.

Ən zəngin müğənnilər beşliyinə həmçinin 1,3 milyard dollar sərvətlə Selena Qomez, 850 milyon dollarla Madonna və 760 milyon dollarla Beyons da daxil olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->